Xaricdə Təhsil | Universitetlər | ONLİNE qəbul

Ukraynada Təhsil - Sənəd qəbulu 2020/21

Ukraynada Təhsil - Sənəd qəbulu 2020/21

 Ukrayna Dövlət Universitetlərinə 2020/2021 tədris ili üçün xarici tələbələrin qəbulu 01.05.2019 tarixindən etibarən başlanmışdır.

  Azərbaycan Respublikası vətəndaşlarının qəbulu zamanı xarici pasport və attestat tələb olunur. Qəbul öncəsi “Təhsilə Dəvət Məktubu”nun alınması mütləqdir.

  Ukrayna diplomlarının tanınması İQ-919 saylı Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında elmi adların və təhsil sənələrinin qarşılıqlı tanınması və ekvivalentliyi haqqında imzalanmış Sazışə əsaslanır və nostrifikasiya olunur.

  FD Education şirkəti Ukrayna Təhsil və Elm Nazirliyinin müvafiq departamentində rəsmi qeydiyyatda olan şirkətdir və xarici tələbələrin Ukrayna Dövlət Universitetlərinə qəbul işlərinin həyata keçirilməsi üçün tam hüquqa malikdir.

  Şirkətimiz rəsmi müqavilə əsasında Kiyev, Sumı, Xarkov, Lvov, Odessa və digər şəhərlərdə yerləşən Dövlət universitetləri ilə əməkdaşlıq edir.

  Son illər diplomların təsdiqi zamanı QS World University Rankings, Times Higher Education və bu kimi digər reytinq siyahılarında yer almış universitetlərə üstünlük verildiyi üçün, Şirkət olaraq tələbələrimizin gələcəkdə çətinlik yaşamamaları üçün yalnız ilk pillələrdə yerləşən universitetlərə qəbul olmağı məsləhət görürük.

  İlk pillələrdə yer almış Ukrayna Dövlət Universitetləri:
-    T. Şevçenko adına Kiyev Milli Universiteti
-    Sumı Dövlət Universiteti
-    Kiyev Milli Texniki Universiteti
-    Kiyev Milli Aviasiya Universiteti
-    Xarkov Milli Aviasiya Universiteti
-    İ. Franko adına Lvov Milli Universiteti
-    Lvov Milli Texniki Universiteti

  Təhsil rus, ukrayn və ingilis dillərində aparılır. Dil bilikləri zəif olan tələbələr üçün Hazırlıq fakültələri fəaliyyət göstərir. Hazırlıq fakültəsində təhsil zamanı Hərbi çağırışa möhlət verilir.

  Əyani və Qiyabi təhsil formaları üzrə aşağıdakı fakültələrə qəbul olmaq mümkündür:

-    Beynəlxalq İqtisadi Əlaqələr
-    Hüquq
-    Beynəlxalq Hüquq
-    Müalicə İşi
-    Stomatologiya
-    İqtisadiyyat
-    Menecment
-    Marketinq
-    Uçot və audit
-    Maliyyə
-    Kompüter mühəndisliyi
-    Sistem mühəndisliyi
-    Kompüter elmləri
-    İnformatika
-    Xarici dillər
-    Filologiya
-    Tərcümə
-    Turizm
-    Otel biznesi
-    Mülki və sənaye tikintisi
-    Mühəndislik
-    Maşınqayırma
-    Energetika
-    Memarlıq
-    Aqrar ixtisaslar
-    Aviasiya ixtisasları
-    İdman fakültəsi
-    Jurnalistika
-    Media

 
  Qəbul işləri necə həyata keçirilir?

  Konsultasiya üçün: WhatsApp +380 50 088 50 11

UKRAYNADA TƏHSİL

Xəbərlərə
Əsas səhifə

Daxil ol


Şifrənin yenilənməsi

Şifrənin yenilənməsi

Salam, FD Education

Məlumat almaq istəyirəm