Xaricdə Təhsil | Universitetlər | ONLİNE qəbul

Çexiyada ödənişsiz ali təhsil

Çexiyada ödənişsiz ali təhsil

  Çexiya yalnız turistik məkanları ilə məşhur deyildir. Bu ölkə eyni zamanda məşhur universitetləri ilə minlərlə xarici tələbələri cəlb edir. Ölkədə bir çox dövlət və özəl ali təhsil müəssisələri var. Ancaq xarici tələbələrin əksəriyyəti dövlət universitetlərini seçirlər.

  Çex Respublikasında çex dilində təhsil pulsuzdur və bu amil tələbənin yerli və ya xarici olmasından asılı deyildir. Buna görə də bir çox xarici tələbələr nir il Çex dilini öyrənir, sonra da Çex dilində təhsilini tamamilə pulsuz davam etdirirlər.

  Çex dilini öyrənmək aktual olduğu üçün Praqa və digər şəhərlərdə bir sıra özəl kurslar fəaliyyət göstərirlər. Əlbətdə ki, dövlət universitetlərində təşkil olunan çex dili kurslarını seçmək daha məqsədəuyğundur.

  Çex dili kursları ödənişlidir, lakin kurslardan sonra tamamilə ödənişsiz təhsil alacaqsınız.

  "FD Education" şirkəti Çexiya dövlət universitetlərinə daxil olmağa kömək edir və biz dövlət universitetində sertifikatlaşdırılmış çex dili kurslarını təklif edirik.

  Praqa şəhərində Dövlət Universitetində çex dilini öyrənmək üçün xidmətlər paketi 4700 avrodur. Bu xərclərə təhsil haqqı, tələbə vizası üçün dəvətnamə, hava limanında qarşılanma və transfer, sənədləşmə işləri, təhsil müddətində köməklik, məzun olduqdan sonra universitetə ​​sənədləri göndərmək və s. daxildir.

  Xarici tələbələr yataqxanalar ilə təmin olunurlar. Ödəniş aylıq 280 avrodur.

  Sənədləri heç bir əlavə xərc olmadan onlayn təqdim etmək üçün bu linkə daxil olun və universiteti seçərək "Ərizə forması" nı doldurun və ərizəni göndərin.

XARİCDƏ TƏHSİL

Xəbərlərə
Əsas səhifə

Daxil ol


Şifrənin yenilənməsi

Şifrənin yenilənməsi

Salam, FD Education

Məlumat almaq istəyirəm